Vaşinqton Kiyevə 2,1 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu yardıma Ukrayna üçün çox ehtiyac duyulan hava hücumundan müdafiə texnikası və sursat daxildir.
Pentaqonun məlumatına görə, paketə “Patriot” hava hücumundan müdafiə sistemləri və HAWK raketləri üçün döyüş sursatı, 105 mm və 203 mm-lik artilleriya mərmiləri, “Puma” pilotsuz uçuş sistemləri və lazerlə idarə olunan raket sistemləri üçün sursat daxildir.
Bundan əlavə, silah təlimi və texniki xidmət proqramı maliyyələşdiriləcək,
Qeyd edək ki, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ABŞ artıq Ukraynaya 39,7 milyard dollar yardım edib.
- Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Şuşada bunu etmək qadağan edildi - Fərman
- Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman
- Ağdamda açıq ərazidə yanğın başladı - Foto
- Onlara diplomatik rütbə verildi
- “Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər...
- Xaçmazda əməliyyat: saxlanılanlar var