Böyük maqnitudalı zəlzələdə Antalya sunamiyə məruz qala bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri İstanbul Texniki Universitetinin professoru, tanınmış alim Naci Görür Antalyada təşkil edilən tədbirdə çıxışı zamanı deyib.
“Antalyada sunami riski mövcuddur. Xüsusən cənubdakı Helen-Kipr xəttində subdiksiya zonaları dünyada sunami yaradan ən böyük zonalardır. Dəniz səviyyəsindən yüksəkdə olduğunuz halda sunami zərər verməz, lakin sunami dalğalarının 10 metrə çatdığını nəzərə alın. O zaman 10 metr dəniz səviyyəsindən aşağıda olan hər yer su altında qala bilər. Bu səbəbdən Antalyada zəlzələ ilə bağlı tədbirlər görülərkən sunami cədvəlləri qoyulmalı, təhlükə riski olan ərazilər qeyd edilməlidir”, - deyə o bildirib.
- Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Şuşada bunu etmək qadağan edildi - Fərman
- Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman
- Ağdamda açıq ərazidə yanğın başladı - Foto
- Onlara diplomatik rütbə verildi
- “Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər...
- Xaçmazda əməliyyat: saxlanılanlar var