Almaniya Kansleri Olaf Şolts Avropa Birliyi (AB) ölkələrinin qalmaq perspektivi olmayan qaçqınlarla daha sərt davranmaq barədə razılaşmasını dəstəkləyib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə şənbə günü Nürnberqdə Almaniya Protestant Kilsələrinin 38-ci Konqresində çıxışı zamanı bildirib.
Şolts qeyd edib ki, ölkələrin başqalarını işarə edib özünü məsuliyyətdən kənar hiss etməsinə son qoymaq lazımdır.
“Nəhayət, qaçqınların Avropada bölüşdürülməsi üçün həmrəylik sistemi yaradılmalıdır”, - o vurğulayıb.
Eyni zamanda Şolts sığınacaqla bağlı prosedurların sürətləndirəcəyinə və prosesin daha rəqəmsal olacağına söz verib:
“Avropada qala bilməyənləri geri qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik”, - Almaniya hökumətinin başçısı fikrini yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 8-də AB ölkələrinin daxili işlər nazirləri sığınacaq verilməsi sistemində islahatların aparılması planlarının lehinə səs veriblər. O cümlədən qalmaq perspektivi olmayan miqrantlara qarşı daha sərt rəftar nəzərdə tutulur. Gələcəkdə təhlükəsiz hesab olunan ölkələrdən gələn insanlar sərhədi keçdikdən sonra ciddi nəzarət edilən qəbul məntəqələrinə yönəldilməlidir. Bu halda, bir qayda olaraq 12 həftə ərzində ərizəçinin sığınacaq almaq şansının olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılır. Cavab mənfi olarsa, o, dərhal geri göndərilməlidir.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?