Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar ilə görüşüblər.
Bu barədə BUTA.TV-a SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, görüşdə Mikayıl Cabbarov Alparslan Bayraqdarı energetika naziri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb.
Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Sərraf Orucova hökm oxundu
- Bakı metrosu "Qarabağ"a görə iş rejimini dəyişir
- Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
- Azadlığını nazirliyin qoyunlarına görə qurban verdi
- Bakıda dəhşət: Əvvəl arvadını, sonra özünü öldürdü
- Balakəndə 43 yaşlı kişini sel apardı
- Azərbaycanda vəzifəli şəxs saxlanıldı: Mehdiyevlə əlaqə...
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi