ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərdi

18:24 - 21 İyun 2023 - GÜNDƏM

 ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərdi

Amerika ordusunun daha bir hərbi karvanı Əl-Valid keçid məntəqəsindən keçərək İraqdan Suriyaya yollanıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Suriyadakı yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl 75-ə qədər avtomobil ABŞ-ın Suriyanın PKK/YPG yaraqlılarının nəzarətində olan Həsekə vilayətindəki hərbi obyektlərinə doğru gedib:

“Karvanda zirehli texnika, yanacaq daşıyan maşınlar, artilleriya batareyaları və çoxlu sursat olub. Yük Rumeylan və Şəddadi bölgələrində ABŞ hərbçiləri üçün nəzərdə tutulub”.

Qeyd edək ki, bundan əvvəl ABŞ 6, 8, 22 və 25 yanvar tarixlərində Həsekədəki Rumeylan, Şəddadi və Təl-Baydar bölgələrinə hərbi konvoylar göndərmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol