Azərbaycana yay fəsli gəldi

19:06 - 21 İyun 2023 - GÜNDƏM

 Azərbaycana yay fəsli gəldi

İyunun 21-də Bakı vaxtı ilə saat 18:57-də Azərbaycana yay fəsli daxil olub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BUTA.TV-a bildirilib ki, bu gün Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirib və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxıb.

Bakıda iyunun 21-də gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol