Düşmən Kiyev deyil: münaqişə sürətlə dərinləşir

08:18 - 22 İyun 2023 - GÜNDƏM

 Düşmən Kiyev deyil: münaqişə sürətlə dərinləşir

Dünyada vəziyyət Karib böhranından daha dərindir, Qərb qətiyyətlə münaqişənin kəskinləşməsinə doğru gedir, Kiyevi silahla təchiz edir.

BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.

"Bəşəriyyət II Dünya müharibəsinin bitməsindən sonra bəlkə də ən çətin mərhələni yaşayır. Gərginlik baxımından, məncə, 1962-ci ildəki Karib böhranını belə ötüb keçmişik. Və bunun məsuliyyəti yalnız ABŞ və onun müttəfiqlərinin üzərinə düşür”, - Şura sədri söyləyib.

Onun sözlərinə görə, Rusiyanın əsas düşməni heç də Kiyev rejimi deyil, bu münaqişəni diqqətlə hazırlayan ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdir.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanı itirdi - Saakaşvili

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol