Vuçiç Türkiyə ilə əməkdaşlıqdan imtina etdi

22:12 - 25 İyun 2023 - GÜNDƏM

 Vuçiç Türkiyə ilə əməkdaşlıqdan imtina etdi

Serbiya Türkiyənin “Bayraqdar” PUA-larını almaqdan imtina edir.

BUTA.TV xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç TV Pink kanalına müsahibəsində deyib.

“Türkiyə “Bayraqdar” PUA-larını Priştinaya (Kosova) verib, ona görə də biz türk PUA-larını almaqdan imtina etdik. Biz artıq onlarla bu məsələdə əməkdaşlıq etmək istəmirik, çünki onlar 1244 saylı qətnaməyə və digər qətnamələrə zidd olaraq tanınmayan dövlətin əsas təchizat mənbəyidir”, - deyə Vuçiç bildirib.

O qeyd edib ki, yaxın bir neçə ay ərzində Belqrad “Yaxın Şərqdə sifariş edilən bir neçə yüzdən minə qədər kamikadze pilotsuz uçan aparatı” alacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bu türk ölkəsinin lideri də Xankəndiyə gəlir

Qeyd edək ki, Vuçiç konkret ölkə adı çəkməsə də, Serbiyanın İsraildən PUA-lar almaq istədiyi təxmin edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol