“Yevlax-Mərkəzi Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
BUTA.TV “Vergilər” qəzetinə istinadən xəbər verir ki, iclas 10 avqust, Yevlax şəhəri Fizuli küçəsi, ev 10 ünvanında keçiriləcək.
Yığıncağın iclasında gündəliyə “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərarın qəbul edilməsi, Ləğvetmə Komissiyasının tərkibinin təsdiq edilməsi, ləğv edilmə müddətinin müəyyən edilməsi, səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi daxildir.
Qeyd edək ki, “Yevlax – Mərkəzi Bazar” ASC 2000-ci ildə yaradılıb, İdarə Heyətinin sədri Elnur Əzizovdur.
- Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video
- Əliyevlə Berdiməhəmmədov nahar etdi
- Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?
- Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi
- İlham Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto
- Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi
- Adəm Məmmədov həbsdə qaldı
- Paşinyan Əliyevlə son görüşündən danışdı