Nazirdən millinin nəticəsinə reaksiya: Fantastik!

23:22 - 25 İyun 2023 - GÜNDƏM

 Nazirdən millinin nəticəsinə reaksiya: Fantastik!

Gənclər və idman naziri Fərid Qayıbov yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı paylaşım edib.

BUTA.TV xəbər verir ki, nazir sosial şəbəkə vasitəsilə yığmanı təbrik edib.

F.Qayıbov yeniyetmələrin çıxışını fantastik nəticə adlandırıb: “Cüdo üzrə Avropa Kadet Çempionatı - 7 qızıl medal! Fantastik nəticə!”

Qeyd edək ki, finalda Fransanı 4:3 hesabı ilə məğlub edən yeniyetmələrdən ibarət Azərbaycan millisi komanda yarışında qitə birinciliyinin qızıl medalını qazanıb. Fərdi yarışlarda isə 6 cüdoçu Avropa çempionu olub, 3-ü bürünc medal əldə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu türk ölkəsinin lideri də Xankəndiyə gəlir

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol