“2022-ci il Dünya Çempionatının finalından sonra meydançaya girərkən mən heç kimə təpik vurmamışam, heç nə oğurlamamışam”.
Bunu tanınmış türkiyəli aşpaz Nüsrət Gökçə açıqlayıb.
Argentina millisinin çempionatın finalında Fransa üzərində qələbəsindən sonra “Salt Bae” ləqəbli aşpaz meydana çıxıb, Lionel Messi və digər futbolçularla selfi çəkdirib və Dünya Kubokunu əlində tutub. Turnirin bitməsindən az sonra FİFA hadisə ilə bağlı araşdırmaya başlayıb.
“Mən Argentinanı sevirəm, orada yaşamışam. Mən komandaya dəstək olmaq üçün 2022-ci il dünya çempionatının finalına gəlmişəm. Özümü kənar adam kimi hiss etmirdim. Bu xüsusi bir an idi. Orada olmağımın səbəbini özümü saxlaya bilməməyim idi. Mən sahəyə özümü tanıtmaq məqsədi ilə daxil olmamışam, sadəcə bunu etmək istəyirdim. Sonrası bir az gözlənilməz oldu. Meydanda ən azı 1000 nəfər var idi. Amma hamı məndən danışır. Mən heç vaxt və heç kimdən üstün olmaq istəməmişəm. Bu cür diqqəti sevmirəm”, - aşpaz “The Times”a bildirib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio