Azərbaycan və Ermənistan XİN başçıları arasında sabahkı görüşdən irəliləyiş gözləmək olar.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün mediaya açıqlamasında deyib.
O bildirib ki, danışıqlar kifayət qədər intensivdir:
“Təkliflər və müzakirələr hər iki tərəfdə öz nəticəsini verir, bir yerdə biz razılaşırıq, başqa yerdə Azərbaycan. Mən çox ümidliyəm, hazırda görürəm ki, irəliləyiş var”.
O bildirib ki, danışıqların başqa alternativi yoxdur.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda görüş sabah baş tutacaq.
- Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...
- Gərginlik pik həddə - Putin zəng edəcək
- İlham Əliyev Xankəndidə Zəfər parkında - Foto
- Bakı və Moskva gərginliyinin - 10 səbəbi
- Bakı ilə aramızı vurmağa o da qoşuldu - Karasin
- Prezident Xankəndidə...
- Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik!
- Azərbaycanla münasibətlərdən xoşu gəlməyən qüvvələr var