Qobustan qayalıqlarında meyit tapıldı

19:22 - 26 İyun 2023 - GÜNDƏM

 Qobustan qayalıqlarında meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qayalıq ərazidə aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol