Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina anidən çöküb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, dağıntılar altında xeyli insanın olacağı ehtimal edilir. İlkin məlumata görə, 4 nəfər yüngül xəsarət alıb.
Hazırda hadisə yerində xilasedicilər işləyir, zərərçəkənlərin axtarışı və həkimlərə təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Binadakı mənzilləri əsasən istirahətə gələn turistlərin icarələdiyi bildirilib.
Bundan əlavə, binada ticarət mərkəzi də yerləşibmiş.
Məlumata görə, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, araşdırma aparılır.
- Mirziyayevin budəfəki dövlət səfəri böyük əhəmiyyət kəsb edir
- Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...
- Gərginlik pik həddə - Putin zəng edəcək
- İlham Əliyev Xankəndidə Zəfər parkında - Foto
- Bakı və Moskva gərginliyinin - 10 səbəbi
- Bakı ilə aramızı vurmağa o da qoşuldu - Karasin
- Prezident Xankəndidə...
- Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik!