Rusiyada üsyan cəhdi ətrafında yaranmış vəziyyətdə nə məndən, nə Rusiya Prezidenti Vladimir Putindən, nə də Yevgeni Priqojindən qəhrəman düzəltməyə ehtiyac var.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko hərbçilərin bugünkü təltifetmə mərasimində çıxış edərkən deyib.
“Dedim: heç bir halda nə məndən, nə Putindən, nə də Priqojindən qəhrəman yaratmayın, çünki vəziyyəti əldən verdik, sonra bunun həll olunacağını düşündük, amma həll olunmadı. Cəbhədə döyüşən iki nəfər toqquşub. Bu işdə qəhrəmanlar yoxdur”, - o bildirib.
Qeyd edək ki, “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyam fikrindən vax keçməsinə səbəb Lukaşenkonun 24 iyunda gün ərzində onunla apardığı danışıqlar olmuşdu.
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
- Boşanma biabırçılığının qarşısını necə alaq? - Sosioloq
- Məğlubiyyətdən sonra Londonda iğtişaşlar törətdilər - Video