Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə cümə günü danışıqlarından sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.
“Çox güman ki, Zelenski ilə danışıqlardan sonra Prezident Ərdoğan Rusiya lideri Putinlə üz-üzə görüşəcək. Bu görüş Türkiyədə də, Rusiyada da baş tuta bilər. Lakin görüş ehtimalı yüksəkdir”, - məlumatda deyilir.
Qeyd edək ki, Ərdoğan Ukraynadakı vəziyyəti və iyulun 18-də başa çatacaq taxıl müqaviləsini müzakirə etmək üçün cümə günü İstanbulda Vladimir Zelenski ilə danışıqlar aparacaq.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı