Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.
BUTA.TV Prosport.az-a istinadən xəbər verir ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.
O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.
Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio