Azərbaycanda 2 general işdən çıxarıldı

11:54 - 18 İyul 2023 - GÜNDƏM

 Azərbaycanda 2 general işdən çıxarıldı

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.

BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.

Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur.

General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi.

Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlansa da, sorğu cavabsız qalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol