Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İran hökumətinin yenidən əxlaq polisini küçələrə buraxmasına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında iranlı qadın və qızların geyim tərzi barədə hüquqlarını müdafiə edib.
“İranlılar öz taleləri barədə qərar verə bilməli, qadınlar geyim tərzlərinin seçimində sərbəst olmalı və ABŞ İrana təzyiqləri artırmalıdır”, - Kirbi bildirib.
O, həmçinin, beynəlxalq su yollarında ticarət gəmiləri üçün dəniz təhlükəsizliyinə toxunaraq bildirib ki, İrandan gələn təhdidlər artıb və ABŞ həmişə İranın sabitliyi pozan davranışlarına qarşı lazımi tədbirlər görəcək.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat