Ermənistan Rusiyanı belə “qoruyur” - Fantastik rəqəmlər

17:10 - 18 İyul 2023 - GÜNDƏM

 Ermənistan Rusiyanı belə “qoruyur” - Fantastik rəqəmlər

Təkcə 2023-cü ilin yanvarında Ermənistandan Rusiyaya avtomobil ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 200 dəfə artaraq, 180 milyon dollar təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Ermənistandan Rusiyaya antirusiya sanksiyaları şəraitində işlənmiş avtomobillərin idxalı sürətlə inkişaf edən ticarət marşrutuna çevrilib. Avtomobillər əsasən Gürcüstanın Poti limanından keçir. Sonra onların çoxu gömrük rəsmiləşdirilməsi üçün Ermənistana gətirilir, çünki Rusiya ilə rüsumsuz ticarət var (Aİİ çərçivəsində - red.). 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dan 2,8 milyon dollar dəyərində işlənmiş avtomobil idxal edib, bir il sonra bu rəqəm 29,5 milyon dollara, apreldə isə 34 milyon dollara çatıb. Rusiya istehlakçıları Qərbin sanksiyaları və korporasiyaların ölkədən çıxması səbəbindən üçüncü ölkələrdə böyük alışlar edirlər”, - məlumatda deyilir.

Bildirilir ki, Ermənistan üçün bu, böyük buma səbəb olub: 2022-ci ildə onun ümumi daxili məhsulu rekord miqdarda - 13% artıb ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda böyük narazılıq var... - Markov

Qeyd edək ki, son bir ildə Ermənistandan yalnız iki şirkət ABŞ və AB-nin sanksiya siyahısına salınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol