Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinə dair gözlənilən danışıqları müzakirə etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Ərdoğanın ötən həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüşündən sonra diqqətlər taxıl dəhlizi prosesinə yönəlib”, - mənbə bildirib.
Qeyd edək ki, 17 iyunda taxıl sazişi başa çatdıqdan sonra Rusiya müqaviləni uzatmaqdan imtina edib. Ərdoğan yaxın gələcəkdə Putinlə taxıl müqaviləsi üzrə danışıqlara ümid etdiyini bildirib. Türkiyə lideri Putinin avqustda Ankaraya səfər edə biləcəyini də vurğulayıb.
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
- TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
- Bakıda külək zəifləyir - Faktiki hava