Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə, bunu müsbət qiymətləndirmək olar. Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndiyə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Yevlaxda Qarabağın erməni icması ilə görüşün mümkünlüyü barədə yayılan xəbər haqda qeyd edib.
“Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Yevlaxda görüşə razılaşarlarsa (erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar), erməni separatçılar və Ermənistan hakimiyyəti “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməli olacaq”, - politoloq bildirib.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi