"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
BUTA.TV xəbər verir ki, "Qarabağ" II raundda Polşa "Rakuv"unu məğlub etsə, Kipr "Aris"i ilə qarşılaşacaq.
"Aris" Belarus BATE-sini mübarizədən kənarlaşdırıb. İlk oyunda rəqibinə 6:2 hesabı ilə qalib gələn kiprlilər cavab matçında da 5-3 qalib gəlib.
Qeyd edək ki, "Qarabağ" Polşadakı görüşdə "Rakuv"a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, ikinci görüşləri isə 15 avqustda gerçəkləşəcək.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi