Geosiyasi oyunçuların, o cümlədən Rusiyanın Cənubi Qafqaza marağı getdikcə azalır. Çünki praktikada bütün beynəlxalq diqqət Ukraynaya yönəlib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Avronyus”a müsahibəsində deyib.
Onun sözlərinə görə, güclər arasında rəqabətin birbaşa bölgəyə aidiyyəti yoxdur. Paşinyan bunun təsdiqi kimi keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunu xatırladıb:
“Ancaq 2022-ci il fevralın 24-dən (Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından - red.) sonra Minsk Qrupunun həmsədrləri sadəcə olaraq qarşılıqlı fəaliyyəti dayandırdı. Ölkələr ayrı-ayrılıqda prosesin digər iştirakçıları ilə qarşılıqlı əlaqədə olmaq istəmədilər. Bütün problemlər də bundan qaynaqlanır”.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi