Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.
BUTA.TV xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.
Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Fəxrəddin Rəşid oğlu Bədirov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cəmilə Mirzə qızı Bədirovadır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. "Mersedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi