Azərbaycanda borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “İcra haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlarə icra məmuru “Banklar haqqında” qanuna uyğun olaraq əldə edir və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulacaq.
Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə biləcək.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video