Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarının bərpasını təklif etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Prezident Administtariyasındakı mənbəyə istinadla məlumat yayıb.
“Ərdoğan münaqişənin həllində vasitəçiliyini təklif edəcək, müharibədə qalibin, sülh prosesində isə uduzanların olmayacağı tezisini təkrarlayacaq”, - mənbə bildirib.
Qeyd olunub ki, Ankara atəşkəsin əldə olunması və danışıqların bərpa yönündə çıxış edir:
“Ərdoğan Vladimir Putin və Vladimir Zelenskinin səmimi etimadına sahib olan yeganə dünya lideridir və regionda sülhün hökmran olması üçün onlarla daim təmasda olur və hər şey edir”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video