Fransanın sabiq prezidenti Nikola Sarkozi Rusiyanın Ukraynaya qarşı çoxillik cinayətlərinin birbaşa ortağıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşabiri Mixail Podolyak Sarkozinin bəyanatına cavab olaraq deyib.
O bildirib ki, Sarkozinin həvəsləndirməsi – cinayətə ortaq olmaq deməkdir:
“Müharibəni dayandırmağın yeganə yolu – bu ərazilərə beynəlxalq hüququ qaytarmaqdır. Bu isə o deməkdir ki, Rusiya uduzmalıdır. Daha az təxribat, daha az ziddiyyətli bəyanat, cinayət törətmək üçün daha az stimul...” - Podolyak əlavə edib.
O qeyd edib ki, 2023-cü ildə “Sarkozinin təcrübəsini” təkrarlamaq mümkün deyil:
“Soyqırım və müharibə təşkil etməklə Ukrayna ərazilərinin Rusiya tərəfindən ələ keçirilməsi üzrə cinayətkar sui-qəsddə Sarkozi şüurlu şəkildə iştirak edib”.
Qeyd edək ki, Sarkozi müharibəni bitirmək üçün Rusiyaya güzəşt edilməli olduğunu bildirib.
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı
- Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
- 14 il şiddət görən qadının əri saxlanıldı
- Hava xəbərdarlığı: intensiv yağış, dolu...
- Birinci yarımildə DSMF bu qədər müavinət və təqaüd ödəyib
- “Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir