Türkiyə və BMT taxıl sazişinin bərpası üçün layihə təklifləri hazırlayır, Moskva və Kiyev arasında texniki danışıqlar İstanbulda keçirilə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
“Qlobal problemləri, xüsusən də inkişaf etməmiş ölkələrdə yarana biləcək miqrasiya və qeyri-sabitliyi təhrik etməmək üçün Türkiyə BMT ilə birlikdə taxıl dəhlizinin istifadəyə verilməsi üçün layihə təklifləri hazırlayır. Moskva və Kiyev arasında dəhlizin aktivləşdirilməsi ilə bağlı texniki danışıqların İstanbulda keçirilə biləcəyi iddia edilir”, - nəşr bildirib.
Qeyd edək ki, 18 iyul tarixindən Rusiya taxıl sazişindən çıxdığını elan edib.
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat
- Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Trampı “tabuta qoydular” - Foto
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...