Gürcüstanda COVİD-19 virusuna yoluxma halları yenidən artır. Son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma halları qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze məlumat verib.
Onun sözlərinə görə, koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsı halları da artıb.
Direktor yeni növ Omikron - EG.5 virusunun Gürcüstan ərazisində qeydə alınması təhlükəsinin olduğunu bildirib, lakin bunun hələ rəsmən təsdiqlənmədiyini vurğulayıb.
Mütəxəssis bununla belə deyib ki, indiki mərhələdə narahat olmağa əsas yoxdur, ölkənin Səhiyyə Nazirliyi lazımi tədbirləri görür.
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat
- Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Trampı “tabuta qoydular” - Foto
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...