“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə səfərdə keçirəcəyi ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.
BUTA.TV xəbər verir ki, Ağdam təmsilçisi Lyublyanada gerçəkləşəcək qarşılaşma üçün qonaq komandaya 802 ədəd bilet ayrıldığını açıqlayıb.
Azərbaycan çempionunu “Stojitse” stadionunda dəstəkləmək istəyən fanatlar oyun günü yerli vaxtla saat 18:00-dan (Bakı vaxtı ilə saat 20:00) etibarən qarşılaşmanın keçiriləcəyi arenada S30 və S31 sektorlarının yaxınlığında biletləri ala bilərlər. Biletlərin qiyməti 25 avrodur. Satışı meydan sahibi həyata keçirir.
Qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio