Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib:
“Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.
G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır