Bayrağımızı təhqir edən 3 erməni "Laçın" postunda tutuldu

14:42 - 28 Avqust 2023 - CƏMİYYƏT

 Bayrağımızı təhqir edən 3 erməni

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.

Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qeyd edək ki, bundan öncə Teleqram kanallarında "Laçın" postunda Alen Sərksiyan adlı 22 yaşlı erməni terrorçunun yaxalanması ilə bağlı məlumatlar yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol