Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, sabah saat 08:00-dan “Kürdəmir” ölçü qovşağından qidalanan qaz kəmərinin və saat 10:00-dan “Türkan-1” QPS-dən Türkan qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan Yasamal rayonu Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, həmçinin, “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Ucar” QPS-in ərazisində yeni siyirtmələrin və saat 10:00-dan “Tovuz” QPS-in qol qaz kəməri üzərində 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq:
"Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq".
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi