Ötən gün Xankəndidəki Mədəniyyət Sarayında qondarma “artsaxın rus icmasının” nümayəndələrinin görüşü keçirilib.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, görüşdə “artsaxın rus icmasının” rəhbəri kimi özünü təqdim edən Aleksandr Bodrov vəziyyətin çox ağır olmasından, “blokadadan” danışıb:
“Təbii ki, babalarımıza, atalarımıza da asan başa gəlmədiyini xatırlayırıq, çünki bu, əcdadlarımızın müqəddəs Qarabağ torpağında yaşamaq hüququ uğrunda mübarizədir”.
O, Rusiyanın Qarabağda “tarixi mövcudluğu”ndan, əsrlər boyu “ermənilərlə ruslar arasında mənəvi bağlar” olmasından bəhs edib:
“Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir problemimiz yoxdur, lakin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı Azərbaycanın tərkibində olmağın, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video