31 avqust Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar milli parkda “Açıq qapı” günü keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
“Xızı rayonunun inzibati ərazisində yerləşən Altıağac Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən biri olan dağ, meşə, çəmənlik mənzərəli təbiətimizin məxməri mövsümünün başlanğıcını seyr etmək üçün hər kəsi zəngin təbii landşafta, unikal ekosistemə malik olan Altıağac Milli Parkına dəvət edirik. Bir-birindən fərqli təbiət mənzərələrini, piknik nöqtələrini birləşdirən 10 ekoturizm marşrutu ilə Altıağac Milli Parkı yolunuzu gözləyir”, - deyə A.Babayeva bildirib.
A.Babayeva onu da xatırladıb ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...