Amerika Alimləri Federasiyası ABŞ-ın nüvə silahlarını Böyük Britaniyaya köçürmək niyyətində olduğuna dair sübutların artdığını haqda məlumat yayımlayıb.
BUTA.TV xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 2024-cü maliyyə ili büdcə layihəsinə diqqət çəkən elm adamları İngiltərənin paytaxtı Londondan təxminən 100 kilometr aralıda yerləşən Kral Hərbi Hava Qüvvələrinin Leykenhit aviabazasında təhlükəsiz anbar yaradılacağını qeyd ediblər.
Deponun yanında Kral Hərbi Hava Qüvvələrinin F-35 pilotları üçün kazarmaların tikilməsi planlaşdırıldığı da bildirilir.
Qeyd edək ki, ABŞ 1952-ci ildən başlayaraq təxminən 50 il ərzində öz nüvə silahlarını İngiltərədə saxlayıb. 2008-ci ildə isə B61 bombalarının köhnəlməsi səbəbindən ərazidən boşaldılıb.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...