Separatçıların Rusiya sülhməramlılarına qarşı bu cür davranışları birinci dəfə deyil. Bundan sonra da belə halların şahidi olacağıq.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Elxan Şıxəliyev erməni separatçılardan ibarət dəstənin Rusiya sülhməramlılarına hücumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, separatçılar uğursuzluqlarının heyfini bu cür çıxmağa çalışırlar:
“Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyət göstərməsində separatçılar Rusiya sülhməramlılarını günahlandırır. Düşünürlər ki, mövcud vəziyyəti sülhməramlılar yaradıb. İstəklərinə nail ola bilmədikləri üçün günahkar axtarırlar. BMT TŞ-nin məlum iclasında xəyal qırıqlığına uğradılar, Laçın yolundan keçidin təmin olunmasına nail ola bilmədilər, digər yandan, separatçı rejimin rəhbərliyinə də çox kəskin mövqe nümayiş etdirirlər. Daxildə çox ciddi siyasi qarşıdurma yaranıb. Hətta Araikin ofisinə atəş açıblar. Bunların fonunda heç kim günahı özündə deyil, Rusiya sülhməramlılarında axtarır. Lakin anlamırlar ki, meydanda birbaşa Azərbaycanın hərbi-siyasi iradəsi dayanıb”.
Ekspert bildirib ki, son zamanlar Rusiya sülhməramlılarına qarşı artan aqressiyanın səbəblərindən biri Ermənistan faktorudur:
“Ermənistan Rusiya hərbi birləşmələrini öz ərazisindən çıxartmaq, Rusiya sülhməramlılarının da birdəfəlik getməsinə nail olmaqla, bura başqa bir ölkənin, xüsusən də Fransanın missiyasını gətirməyə çalışır. Axtarış içindədirlər. Lakin bu, yaxşı nəticələr verməyəcək. Hər keçən gün Rusiya sülhməramlıları ilə münasibətlər kəskinləşəcək. Çünki separatçı rejim və Ermənistan Rusiya sülhməramlılarına güvənmir. Belə qarşıdurmalara biz qarşıda da şahidlik edəcəyik. Ermənilərin sülhməramlılara bu cür yanaşması çox şeyi dəyişməz. İndi onlar istəyir ki, Azərbaycanla heç bir halda təmasa keçməsinlər. Bu, onlar üçün qırılma nöqtəsi ola bilər. Yəni, inteqrasiyanın başlanğıcı sayıla bilər. Maksimum bunun üzərində dirənməyə və günahkar axtarışında olacaqlar”.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...