"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında qapıçı Şahruddin Məhəmmədəliyevlə bağlı mühüm açıqlama verib.
BUTA.TV xəbər verir ki, təcrübəli baş məşqçi son matçlarda daha az forma şansı əldə edən Şahruddin Məhəmmədəliyevin də meydana çıxacağını vurğulayıb.
"Şahruddin bizim üzvümüzdür. Sadəcə, bəzən düşünmədiyimiz hallar yaşanır. Buna görə komandada oyunçuların sayı çox olur. Kimsə performansından uzaq olanda digərindən yararlanırıq. Şahruddinə gələcəkdə şans verəcəyik", - deyə o bildirib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio