Moskva hava limanlarında 58 reys təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Şeremetyovoda 11 reys təxirə salınıb, 1 reys ləğv edilib, Vnukovoda 17 reys təxirə salınıb, Domodedovoda 26 reys təxirə salınıb, 5 reys ləğv olunub, Jukovskidə 4 reys təxirə salınıb, 2 reys ləğv olunub.
Bildirilib ki, Vnukovo və Domodedovo onlayn tablosuna görə, gəlməli olan reyslər digər hava limanlarına yönləndirilir.
Qeyd edək ki, bu gün Moskvaya PUA hücumu edilib. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, PUA hava hücumundan müdafiə sistemləri ilə Lyubertsı şəhəri üzərində vurulub.
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi