Öyünmək olmasın, amma ölkənin necə olacağını, necə inkişaf edəcəyini 20-30 il qabaqcadan görə bilirəm.
BUTA.TV xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Onun sözlərinə görə, əksər hallarda ölkənin inkişafı ilə bağlı proqnozları özünü doğruldur. Japarov belə bir qabiliyyətin ona Tanrıdan verildiyini də istisna etməyib.
“Qırğızıstan indi hadisələrin 100 ildən sonrakı gedişatını proqnozlaşdıra bilən mütəxəssislərə ehtiyac duyur. Məhz bu məqsədlə ölkədə “Akılman” prezident liseyi açılıb. Bu təhsil ocağına ölkənin hər yerindən istedadlı və ağıllı uşaqlar qəbul olunur. Bu liseyə 7-ci sinfə keçdikdən sonra daxil olmaq mümkündür. Ali təhsil aldıqdan sonra lisey məzunları dövlət qulluğuna qəbul olunurlar”, - Japarov bildirib.
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi