Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Ərzurum üzrə deputatı Maral Danış Beşdaş CHP lideri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Deputat Türkiyədəki prezident seçkiləri zamanı Kılıçdaroğlu ilə Zəfər Partiyasının sədri Ümid Özdağ arasında imzalanın gizli protokola münasibət bildirib.
“Kılıçdaroğluna səs verdik ki, Ümid Özdağ nazir olsun? Milyonlarla insandan Kılıçdaroğlu üçün səs istədik. Bizi bir yana qoyun, dostları da bunu bilmir. Mən bunu düzgün hesab etmirəm. Ü.Özdağın Kılıçdaroğluna təklif etdiyi şərtləri partiyamız heç vaxt qəbul etməyəcək”, - deputat vurğulayıb.
Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin 2-ci turundan əvvəl Kılıçdaroğlu ilə Özdağ arasında gizli protokolun imzalanması ilə bağlı məlumat yayılıb. Protokola əsasən, Özdağ daxili işlər naziri olmalı idi. Bununla yanaşı, MİT sədrliyinə keçəcəyi də vurğulanırdı.
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Gəmi kapitanı Səmədin nəşi tapıldı
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir