"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
BUTA.TV xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç "Molde"sini qəbul edəcək.
Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.
"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04" ilə üz-üzə gələcək.
Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir