Hazırda Rusiyada 12 minə yaxın “Vaqner” döyüşçüsü var, onlar İrəvanda hakimiyyət çevrilişinə hazırlaşırlar.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Teleqramın Ermənistan seqmentində məlumat yayılıb.
İddia edilir ki, özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin öldüyü zaman Ermənistanda ümumilikdə 3 min “Vaqner”çi olub. Daha sonra 2 min döyüşçü də onlara qoşulub. Hazırda isə Ermənistanda onların sayı 12 mindir.
Məlumata görə, N.Paşinyanın Rusiyanın Ermənistan üçün yanlış strateji tərəfdaş olduğunu deməsi və Qarabağ mövzusunda Moskvanın razılaşmalara əməl etməməsi ilə bağlı açıqlamasından sonra vəziyyət daha da gərginləşib. Hazırdakı “Vaqner”in minlərlə döyüşçüsünün İrəvanda hakimiyyət çevrilişinə hazırlandıqları deyilir. Kreml Paşinyanın açıqlamalarından sonra onun devrilməsi üçün çevrilişə icazə verib.
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı