Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki bunu "Röyters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir", - deyən Hikmət Hacıyev Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirməkdə və yeni silah sistemləri almaqda ittiham edib.
Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib:
“Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir”.
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı