Avropa Birliyi (AB) zəlzələdən zərər çəkmiş Mərakeşə dəstək verməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel X-da paylaşım edib.
"Mərakeşdəki dağıdıcı zəlzələ ilə bağlı dəhşətli xəbərləri öyrəndim. Biz bu faciədə zərər çəkmiş hər kəslə və axtarış əməliyyatında iştirak edən xilasedicilərlə həmrəyik. Aİ bu çətin anlarda Mərakeşi dəstəkləməyə hazırdır", - Mişel bildirib.
Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar