Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Novruz Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar