Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan Respublikası ərazisində qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.
Təşkilatdan BUTA.TV-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının Baş katibi Ermənistanın Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaratdığı qanunsuz rejim tərəfindən 9 sentyabr 2023-cü ildə təşkil edilmiş qondarma “prezident seçkiləri” ilə bağlı dərin narahatlığını ifadə edib:
“Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya quruluşuna yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk”.
“Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk Dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır və konstruktiv dialoqa çağırır” – bəyanatda bildirilib.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar