Xankəndindəki separatçılar yüklərin Ağdam-Xankəndi yolundan qəbul edilməsini qəbul edib: sabah Rusiyadan göndərilən yüklər qəbul olunacaq, hərçənd, separatçılar qondarma “seçkiləri”ndən dərhal sonra buna razılaşmaqla “oyun oynamağa” çalışırlar və burada rusların da gedişləri aydın görünür.
Rusiyanın əsas hədəfi Laçın yolunun yüklər üçün açılmasıdır, bunun üçün Bakının istəyini – Ağdam-Xankəndi yolunu qəbul edir, hərçənd, burada oyununu da oynayır: Ağdam yolundan öz yüklərini keçirməklə Bakının tələbini “yerinə yetirir”, həm də Xankəndinə Azərbaycan yüklərini çatdırmamaqla separatçıların mövqeyini qoruyur;
Növbəti addım kimi Bakıdan Laçın yolunun yüklər üçün açılması istəyi olacaq, lakin Ağdam yolunda 12 gündür gözləyən yüklərimiz Xankəndiyə çatdırılmadığı müddətdə bunu etmək doğru deyil, rəsmi Bakının buna gedəcəyi ehtimalı da azdır, çünki Ağdam-Xankəndi yolu açılsa da, erməni əhalisinə Azərbaycan yükləri çatdırılmadığı müddətdə reinterasiyanın da perspektivi zəifləyir. Bu baxımdan, Rusiya yüklərinin keçidindən sonra Azərbaycan yüklərinin qəbul edilməsi tələbi prioritet olacaq.
İlkin mərhələdə Rusiya yükləri qəbul edilsə də, bu, bir neçə kontekstdə əhəmiyyətlidir:
Birincisi, artıq Ağdam-Xankəndi yolu həll edilmiş hesab oluna bilər: Bakının əsas tələblərindən biri bu idi;
İkincisi, bununla “Qarabağda humanitar fəlakət var” iddiaları üzərində aparılan beynəlxalq kampaniya sıradan çıxacaq;
Üçüncüsü, Ağdam yolundan ilk keçid Azərbaycan yüklərinin Xankəndiyə daxil olmasının da yolunu açır.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?