Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin karyerası üçün ciddi təhlükə yaranıb. Ötən həftə “Xural TV” internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayəti işi üzrə şahid qismində ifadə verən icra başçısı ehtiyatsız fikirlər səsləndirməklə özünü cəmiyyətin və hakimiyyətin hədəfinə çıxarıb.
BUTA.TV xəbər verir ki, A.Vəliyev şahid qismində qatıldığı məhkəmə prosesində jurnalist Ə.Zeynallının xahişi ilə qanunsuz tikintiyə icazə verdiyini etiraf edib. Qeyd edək ki, məhkəmə prosesində A.Vəliyevə buna hüququnun çatmadığı xatırladılanda, o, qeyri-adi reaksiya verib: “Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız...”
Sözügedən məhkəmə prosesində icra başçısı onu tənqid obyektinə çevirən digər ifadələr də işlədib. A.Vəliyev qanunsuz tikililəri sökməyə icazəsi olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu cür qərarlar qəbul etdiyini gizlətməyib.
Aldığımız məlumata görə, 2012-ci ildən bəri Sabunçuya rəhbərlik edən A.Vəliyevin bu etirafları onu işsiz qoya bilər. Belə ki, məlum məhkəmə prosesindən sonra hakimiyyət əleyhdarları icra başçısının açıqlamalarını əsas gətirərək, ölkədə məmur özbaşınalığının hökm sürdüyünə dair iddialar səsləndirirlər. A.Vəliyevin ölkədə şok effekti yaradan etiraflarının hətta beynəlxalq təşkilatların hesabatlarında da yer alacağı gözlənilir.
Mütəxəssislərin fikrincə, Azərbaycan iqtidarına qarşı xarici və daxili təzyiqlərin artdığı bir vaxtda siyasi naşılıq göstərərək, üzvü olduğu komandanı zərbə altında qoymaq bağışlanılan hərəkət deyil. Ehtiyatsız açıqlamaları ilə iqtidar komandasını hədəfə çıxaran A.Vəliyevin 11 illik başçı karyerasına yaxın günlərdə son veriləcəyi bildirilir.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı